Yuxarı

Ramiz Rövşən, Rüstəm Behrudi, İmanov… bir yerdə - Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramiz Rövşən, Rüstəm Behrudi, İmanov… bir yerdə - Foto

Mayın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində xalq yazıçısı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub.

Teatrın mətbuat xidmətindən Kult.az-a verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Camalovadır. Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Davud Arif çıxış edir.

Tamaşaçıların rəğbətini qazanan səhnə əsəri alqışlarla qarşılanıb. Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.

Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradır. Bu iki nəfər bir-birini eşitmək istəyir, amma eşitmir, görmək istəyir, amma görmür, duymaq istəyir, amma duymur. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir.

Müəllif Kamal Abdulla pyesi 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edir.

Qeyd edək ki, tamaşanı seyr edənlər içərisində uzun müddətdir siyasi çevrələrdə görünməyən iqtisadçı alim Nazim İmanov, məşhur şairlər Ramiz Rövşən, Rüstəm Behrudi və digər tanınmışlar diqqət çəkib.

Tarix
2023.05.18 / 15:49
Müəllif
Kult.az
Digər xəbərlər

Bu, Bakı ilə Brüsselin maraqlarını əks etdirir - Bəyanat

Elçibəylə Əliyev 7 saat söhbət edib, Əliyev deyib ki...

İlham Əliyev Koşta ilə birgə nahar etdi

Jelka Tsviyanoviç Azərbaycana gəldi

Əliyevlə Koşta mətbuata bəyanatlarla çıxış etdilər

Azər Əliyevə yeni vəzifə verildi

Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimi keçirilə bilər

Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqləndi

Kərim Vəliyev serbiyalı generalla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla