Yuxarı

Gənclərimiz Konyaya gedir – Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənclərimiz Konyaya gedir – Foto

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Türkiyənin Konya şəhərində keçiriləcək 9-cu "Min nəfəs, bir səs" Beynəlxalq Teatr Festivalına dəvət alıb.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu il aprelin 20-dən 30-na qədər davam edəcək festival Konya Dövlət Teatrının təşkilatçılığı ilə həyata keçirilir.

Hər il festivala Türkiyədən və dünyanın müxtəlif ölkələrindən türk dilli teatr kollektivləri qatılırlar. Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi iştirak üçün festivalın münsiflər heyətinə cari repertuarında olan iki tamaşa (Ə.Haqverdiyev "Xortdanın cəhənnəm məktubları" və L.Nuren "Mən gəldim, qızlar" ("Müharibə")) haqqında məlumat göndərib. Münsiflər heyəti tərəfindən qəbul olunacaq tamaşa festivalda nümayiş etdiriləcək.

Qeyd edək ki, festivalın keçirilməsinin əsas məqsədi müasir türk teatrına yeni səhnə əsərləri, eləcə də gənc və fərqli baxışa malik insanlar qazandırmaqdır.

Tarix
2016.01.13 / 18:05
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla