Yuxarı

Keçmiş “Dostluq” kinoteatrının binası yenidən qurulacaq

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş “Dostluq” kinoteatrının binası yenidən qurulacaq

Keçmiş “Dostluq” kinoteatrı binasının yenidənqurulması və istifadəsi ilə bağlı elan olunan müsabiqə üçün artıq 50-dən çox müraciət var.

Kult.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə məlumat verib.

Onun sözlərinə görə, müraciətlər arasında peşəkar memarlar iştirak etdiyindən nəticə barədə danışmaq hələ tezdir:

"Düşünürəm ki, hər bir memar öz düşündüyü kimi təklif verəcək”.

Xatırladaq ki, paytaxtın Nəsimi rayonu Azadlıq prospekti 76 ünvanında yerləşən keçmiş “Dostluq” kinoteatrının binasının yenidənqurulması layihəsinə və gələcəkdə istifadəsinə dair təkliflərin verilməsi üzrə açıq müsabiqə elan olunub.

Qeyd edək ki, “Dostluq” kinoteatrı 50-ci illərdə o zamanların qaydalarına uyğun olaraq, eyni tipli layihə əsasında inşa olunsa da, təxminən 90-cı illərin ortalarından binada kinofilmlərin nümayişi dayandırılıb və uzun illər boyu bina istifadəsiz qalıb. Baxımsızlıq nəticəsində binanın səliqə-səhmanı pozulub, texniki cəhətdən yararsız vəziyyətə düşüb. Sonralar bina özəlləşdirilib və hazırda şəxsi mülkiyyətdədir.

Mülkiyyətçi tərəfindən binada möhkəmləndirmə və əsaslı təmir aparılması planlaşdırılsa da, müvafiq dövlət qurumlarının ekspertlərinin rəyinə görə, bina ağır qəzalı vəziyyətdə olub. Bina Azərbaycan dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında qeydiyyata alınmayıb.

Tarix
2024.12.12 / 14:07
Müəllif
Kult.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla