Yuxarı

Rusiya Asif Məmmədovu deputat olmağa qoymadı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Asif Məmmədovu deputat olmağa qoymadı

Rusiya Azərbaycan diasporunun tanınmış siması, İvanovo vilayətindəki Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Asif Məmmədov deputatlığa namizədliyini geri götürməyə vadar edilib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Məmmədova qarşı müxtəlif şantaj vasitələri işə salınıb və əsas “günahı” da açıq elan olunub: Azərbaycan Prezidenti İlham Əliyevə sevgi və dəstəyini ifadə etmək. Hətta onun 2023-cü ilin dekabrında Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu belə, Rusiyada “kompromat” kimi təqdim edilərək mediada tirajlanıb.

Rus mediasında yayılan yazılarda açıq şəkildə “azərbaycanlı mafiyasının” parlamentə buraxılmaması təbliğ olunur, diaspor nümayəndələri hədəfə alınır. Kremlə yaxın dairələr isə bu prosesdə hətta “xüsusi minnətdarlıqla” Mərkəzi Seçki Komissiyasına (Pamfilovanın komandasına) təşəkkür edir.

Əslində isə bu, Rusiyanın Azərbaycan diasporuna qarşı sistemli təzyiq və repressiyasının daha bir nümunəsidir. Çünki hədəf seçilənlər arasında məhz Azərbaycanı sevdiyini bildirən, özünü həmvətənlərinin təmsilçisi hesab edən şəxslərdir.

Asif Məmmədovun deputatlığa namizədliyinin qarşısının alınması göstərir ki, Rusiya üçün artıq təkcə siyasi mövqe deyil, həm də Azərbaycan sevgisi belə “cinayət dosyesi”nə çevrilib.

Bu hadisə Kremlin Azərbaycan diasporuna qarşı “soyuq müharibəsi"nin davam etdiyini bir daha ortaya qoyur.

Tarix
2025.09.08 / 21:53
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla