Yuxarı

Alim Qasımov Formula-1-də ilkə imza atdı - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alim Qasımov Formula-1-də ilkə imza atdı - Video

Qızım Fərqanə xanımla birlikdə Formula-1-də Azərbaycanın Dövlət Himnini duet şəklində ifa etmək bizə qismət oldu. Çox qürurluyuq.

Kult.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında xalq artisti Alim Qasımov Formula-1 Azərbaycan Qran-Prisinin açılış mərasimində Fərqanə Qasımova ilə Dövlət Himnimizi səsləndirməsindən danışarkən deyib.

"Bu ifa bizim üçün çox böyük bir fərəh və fəxr anı idi. Duetin ideyası Fərqanə Qasımovaya məxsusdur. O, bu layihə üzərində öncədən düşünərək hazırlıqlara başlamışdı və son nəticədə mənimlə duet şəkilində ifa etməyi təklif etdi. Məmnuniyyətlə qəbul etdim. Əslində, himnimizin bu oranjemanı çoxdan yazılıb. Amma bu cür əhəmiyyətli beynəlxalq tədbirdə himn ifa etməyimiz ilk idi", - xalq artisti əlavə edib.

Alim Qasımov qeyd edib ki, Formula-1 Azərbaycan Qran-Prisində çıxış etmək təklifi təşkilatçılardan gəlib:

"Biz də bu önəmli çıxış üçün iki gün gərgin məşq etdik. Səhnəyə çıxarkən məsuliyyətin ağırlığını və bu ifanın nə qədər simvolik olduğunu dərindən hiss edirdik. Canlı ifa zamanı xüsusilə xarici tamaşaçıların reaksiyası bizi çox duyğulandırdı. Onlar himnimizi dinləyərkən çox təsirləndiklərini bildirdilər. Bu, bizim üçün ən böyük qiymətdir.

Əgər yenidən belə bir təklif olarsa, yenə böyük sevinc və məsuliyyət hissi ilə Azərbaycan himnini ifa edərik. Bu an bizim yaddaşımızda hər zaman xüsusi yer tutacaq".

Tarix
2025.09.21 / 20:13
Müəllif
Kult.az
Digər xəbərlər

Oskanyan dedi ki, Elmar, elə bilirsən biz ağılsızıq?

Tramp hücumu niyə dayandırdığını soruşdu, Əliyev cavabında...

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla