Yuxarı

Şirvanda partlayış: 11 yaralı var - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:44

Şirvanda güclü partlayış baş verib.

Axar.az Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, partlayış saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz" zavodunda qeydə alınıb.

Agentliklər Şirvan Mərkəzi Xəstəxanasına 10 yaralı gətirildiyini, Bakıdan təcili yardım briqadalarının göndərildiyini bildiriblər.

Baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi əlavə məlumat veriləcəyini açıqlayıb.

***

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Araz" zavodunda baş verən partlayış nəticəsində xəsarət alan 11 yaralı gətirilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Partlayış zamanı xəsarət alanlara tibbi yardımın göstərilməsi məsələsi Səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.

Yaralılara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir.

Axar.az Azərtac-a istinadla partlayışın görüntüsünü təqdim edir:

Tarix
2016.07.26 / 17:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla