Yuxarı

Bakıdakı bu tədbir sosial şəbəkələrdə trend oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdakı bu tədbir sosial şəbəkələrdə trend oldu - Foto

Xəbər verdiyimiz kimi, yanvarın 16-da Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Axar.az xəbər verir ki, konfrans geniş ictimai-siyasi rezonans doğurub. Tədbir, həmçinin beynəlxalq media məkanında geniş işıqlandırılıb. Belə ki, bir sıra nüfuzlu beynəlxalq və regional media qurumları tədbirlə bağlı analitik və informativ materiallar dərc edib. Xüsusilə Hindistanın “SikhPoliticsNews”, “KhireyaPunjab”, “MediaPunjab”, “BolePunjab” və “QuamieKta” media platformaları, o cümlədən Pakistanın “The Gulf Observer” və “HumEnglish” portalları, Türkiyənin TRT1 televiziya kanalı, eləcə də Gürcüstandakı “OC Media” informasiya portalı konfrans barədə ətraflı məlumat yayıb. Sözügedən media qurumları konfrans çərçivəsində səsləndirilən mövqeləri, tarixi faktları və mövcud insan hüquqları vəziyyətini geniş auditoriyaya çatdıraraq tədbirin beynəlxalq əhəmiyyətini ön plana çıxarıb.

Konfrans, eyni zamanda, sosial şəbəkələrdə, xüsusilə Hindistanın etnik və dini azlıqlara qarşı zorakı siyasətindən zərər çəkmiş və hazırda Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və digər ölkələrdə yaşayan Siqh diaspor icmaları arasında X (Twitter), feysbuk və digər platformalarda geniş müzakirə edilib. Xaricdə fəaliyyət göstərən bir sıra siqh təşkilatları Bakı Təşəbbüs Qrupunun paylaşdığı postları yenidən paylaşıb.

Sosial media müzakirələrində əsasən “Bakı Təşəbbüs Qrupu siqhlərə qarşı diskriminasiyanı beynəlxalq gündəmə çıxardı”, “Bakıda siqhlərə qarşı zorakılığa həsr olunmuş beynəlxalq konfrans keçirildi”, “Hindistanda azlıqlara qarşı repressiyalar Bakıda beynəlxalq müstəvidə müzakirə olundu” və “Siqhlərin hüquqlarının müdafiəsi üçün yeni qlobal platforma: Bakı Konfransı” və sair bu kimi başlıqlar diqqət çəkib.

Bu başlıqlar altında yüzlərlə paylaşım, repost və şərh edilib, konfransın materialları və çıxışları geniş auditoriyaya çatdırılıb. Tədbir #BakuInitiativeGroup, #SikhRights, #JusticeFor1984 və #HumanRightsInIndia kimi həştəqlərlə sosial mediada trendə çevrilib.

Konfrans Hindistanda etnik və dini azlıqlara qarşı repressiv siyasətin beynəlxalq gündəmə çıxarılması baxımından mühüm addım kimi qiymətləndirilir. Həmçinin BTQ-nin dekolonizasiya, əsarət altında yaşayan xalqların hüquqlarının müdafiəsi sahəsində qlobal müstəvidə artan rolunu bir daha nümayiş etdirir, siqhlərin hüquqlarının müdafiəsi istiqamətində yeni beynəlxalq platformanın yaradılmasında irəliyə doğru ciddi addımdır. Konfrans çərçivəsində səsləndirilən faktların və məlumatların yaxın aylarda BMT və digər beynəlxalq institutların gündəminə çıxarılması planlaşdırılır.

Tarix
2026.01.19 / 15:33
Müəllif
Axar.az
Digər xəbərlər

Qaliblərin adı açıqlandı: Siyahıda İlham Əliyevin də adı var

Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar

İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama

Prezident və xanımı İsveçrəyə getdi - Foto

Aleksandr Vuçiç Azərbaycana gələcək

Polşa səfirliyi Azərbaycana başsağlığı verdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Xalqımızın məruz qaldığı ən dəhşətli faciələrdən biri...

Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla