Yuxarı

Sumqayıt Dövlət Universitetinin yeni rektoru kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıt Dövlət Universitetinin yeni rektoru kimdir?

Prezident sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilən Elxan Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.

1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib, 1994-cü ildə dosent elmi adı alıb.

1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışıb.

8 avqust 2002-ci ildə ona Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilib və 15 yanvar 2010-cu ilə qədər Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 2013-cü ilin avqustun 15-dən isə Azərbaycan Respublikası təhsil nazirinin müşaviri vəzifəsində işləyib.

2013-cü ilin dekabr ayında Sumqayıt Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

O, bu vaxta qədər SDU-nun rektor əvəzi idi.

Tarix
2014.03.06 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla