Yuxarı

"Bu, Azərbaycanda payız üçün anomal haldır"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda oktyabr ayında rütubətli havaların iki həftədən çox müşahidə edilməsi anomal haldır.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə Trend-ə deyib ki, iqlim göstəricilərinə görə, Azərbaycan ərazisində oktyabr ayında iki həftədən çox rütubətli dövrün müşahidə edilməsi baş verməməlidir:

"Respublikaya şimal-qərbdən daxil olan rütubətli hava kütləsi uzun müddətdir ki, ölkə ərazisində hakim mövqe tutub. Rütubətli hava kütləsi respublika ərazisinə daxil olduqdan sonra sabitləşib qalıb. Ona görə də əvvəllər nisbətən sabit olan sürüşmə ərazilərində də fəallaşmanın güclənməsi gözlənilir".

E.Əlizadə qeyd edib ki, sürüşmə sahələrinin fəallaşması həm də bu il ərzində rütubətli havaların belə uzun müddətli müşahidə edilməsinin nəticəsidir.

E.Əlizadə əlavə edib ki, rütubətli havaların belə uzun müddətli müşahidə edilməsinin nəticəsi olaraq, bu il çaylarda da gursululuq uzun müddət davam edir: "Əslində, payızın hazırkı dövründə dağ çaylarında su sərfinin nisbətən artması xarakterikdir. Amma çaylarda gursululuq belə uzun müddətli olmamalıdır. Çünki yağıntılar anomal çox düşüb. Yağıntıların davamiyyəti uzundur. Artıq iki həftədən çoxdur ki, yağıntılar düşür və bu, gələn həftə də davam edəcək".

Tarix
2016.10.28 / 10:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla