Yuxarı

Bakıda daha bir jurnalistə hücum edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda daha bir jurnalistə hücum edildi - Video

APА TV-nin əməkdaşı Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş güclü yanğın hadisəsini işıqlandırarkən hücuma məruz qalıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş yanğını işıqlandırmaq üçün hadisə yerinə ezam olunmuş APА TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı zorakılıq edilib.

Peşə fəaliyyətini yerinə yetirən jurnalistə özünü mühafizəçi kimi təqdim edən şəxs hücum edib.

Əvvəlcə şəxsiyyətini açıqlamaqdan imtina edən həmin şəxs Sənan Bəhrəmliyə fiziki xəsarət yetirib, onu ağır söyüşlərlə təhqir edib və TV-yə məxsus texniki avadanlığa zərər vurub.

Jurnalistə hücum edən şəxsin Heydər Sərdarov olduğu müəyyənləşdirilib.

Hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində H.Sərdarov ərazidən uzaqlaşdırılıb.

Polis hadisə ilə bağlı Sənan Bəhrəmlidən ilkin ifadə alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, həmin obyektdə mühafizəçi vəzifəsində çalışan Heydər Sərdarov “АPA Group”un əməkdaşına müxtəlif dərəcəli xəsarətlər yetirib, onun peşə fəaliyyətini həyata keçirməsinə mane olub. Polis tərəfindən müvafiq tədbirlər görülüb, hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Qeyd edək ki, bundan öncə Real TV-nin əməkdaşı 225 saylı orta məktəbdə zorakılığa məruz qalmışdı.

Tarix
2026.11.01 / 12:36
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla