Yuxarı

Heç kim jurnalisti təhqir edə bilməz - Vüqar Zifəroğlu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heç kim jurnalisti təhqir edə bilməz - Vüqar Zifəroğlu

Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı törədilmiş zorakılıqla bağlı açıqlama verib.

Axar.az xəbər verir ki, Vüqar Zifəroğlu APA TV-nin müxbiri Sənan Bəhrəmlinin Bakının Nizami rayonu, Davud Aslan küçəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində baş vermiş yanğın hadisəsini işıqlandırarkən fiziki hücuma məruz qalması, təhqir edilməsi və peşə fəaliyyətinə maneçilik törədilməsini qəbuledilməz adlandırıb.

Mətbuat Şurasının sədri deyib ki, jurnalistin hadisə yerində ictimai əhəmiyyət daşıyan məlumatları toplaması və cəmiyyətə çatdırması onun peşə vəzifəsidir:

"Bu fəaliyyətə qarşı fiziki güc tətbiq edilməsi, təhdid və təhqirlərə yol verilməsi yalnız jurnalistin hüquqlarına deyil, bütövlükdə informasiya əldə etmək və yaymaq azadlığına qarşı yönəlmiş davranışdır.

Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə, onu təhqir edə və texniki avadanlığına zərər vura bilməz. Hadisə yerində təhlükəsizlik və qaydaların qorunması qanuni çərçivədə təmin edilməli, jurnalistlərin fəaliyyəti isə əsassız məhdudlaşdırılmamalıdır".

Vüqar Zifəroğlu baş vermiş hadisənin aidiyyatı orqanlar tərəfindən hərtərəfli və obyektiv araşdırılacağına, jurnalistə qarşı zorakılıq törətmiş şəxsin əməlinə hüquqi qiymət verilıcəyinə, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, ötən gün APA TV- nin əməkdaşı Sənan Bəhrəmli peşə fəaliyyətini yerinə yetirərkən zorakılığa məruz qalıb. Özünü yanğın baş vermiş kombinatın mühafizəçisi kimi təqdim edən Heydər Sərdarov Sənan Bəhrəmliyə fiziki xəsarət yetirib, onu təhqir edib və şirkətin texniki avadanlığına zərər vurub.

Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi başlayıb, Heydər Sərdarov saxlanılıb.

Tarix
2026.11.01 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla