Yuxarı

535 nəfər saxlanıldı: 23.000 manat cərimə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

DİN-dən Axar.az-a daxil olan məlumata görə, cari ilin 9 ayı ərzində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə 535 nəfər inzibati məsuliyyətə cəlb edilib, həmin şəxslərə ümumilikdə 23.000 manatdan artıq cərimələr tətbiq olunub.

Bu ilin oktyabr ayı ərzində paytaxtın Yasamal, Səbayıl və Xəzər rayonları ərazilərində analoji hüquqpozmalara yol vermiş 3 nəfər barəsində 13.550 manat məbləğində cərimələr tətbiq olunub.

Həmçinin, ev heyvanlarını qadağan olunmuş yerlərdə gəzdirdiklərinə görə də 3 nəfərin hər biri 200 manat məbləğində cərimələnib.

Hazırda göstərilən istiqamətlərdə tədbirlər davam etdirilir.

Tarix
2016.11.05 / 17:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla