Yuxarı

Ukrayna rus ordusuna izn verə bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiya ordusunun Dnestryanının Kobasna kəndindən çıxması üçün xüsusi dəhliz yaratmağa hazırdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Müdafiə naziri Sergey Poltorakla görüşündən sonra jurnalistlərə açıqlamasında Moldova Müdafiə naziri Anatoli Şalaru söyləyib. Onun sözlərinə görə, Kobasna kəndindəki hərbi anbarlar Moldova və Ukrayna əhalisi üçün təhdiddir.

Qeyd edək ki, Dnestryanı Moldova ərazisidir. 1990-cı illərin əvvəllərində Moskvanın aktiv dəstəyi ilə Dnestryanı Moldovanın nəzarətindən çıxıb. Moskva 1992-cı ildən bu yana burada öz ordusunu yerləşdirib.

Kobasna kəndindəki hərbi anbarlar 1940-cı ildə yaradılıb. SSRİ zamanında bu anbarlar Qərb Hərbi Dairəsinin strateji nöqtəsi hesab edilirdi. SSRİ dağıldıqdan sonra Almaniya, Çexiya, Slovakiya və digər Avropa ölkələrindəki hərbi texnika məhz bu kəndə gətirilib. 2000-ci ildə Kobasnada Rusiyaya məxsus hərbi sursatın miqdarı 42 min ton olub. 2004-cü ildə bu silahların 50%-i ləğv edilib. Hazırda Kobasnada 21 min ton hərbi sursat var. Onların çoxu istifadəyə yararsızdır. Ekspertlərin fikrincə, bu anbarda baş verəcək partlayış 10 kiloton nüvə bombası effekti verəcək.

Tarix
2016.11.07 / 16:14
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla