Yuxarı

APA TV-nin kamerasını sındırdılar - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamda Apa TV-nin əməkdaşlarına qarşı zorakılıq halı qeydə alınıb.

Qidadan zəhərlənmə diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilən xəstənin qohumları Apa TV-nin çəkiliş qrupuna qarşı zorakılıq edərək televiziyaya məxsus kameranı sındırıblar. Nəticədə çəkiliş avadanlığına zərər dəyib və o, yararsız hala düşüb.

APA-nın məlumatına görə, xəstəxanaya zəhərlənmə diaqnozu ilə müraciət daxil olduğu haqda məlumat əldə edilib. Öz peşə borclarını yerinə yetirmək üçün Apa TV və Lider TV-nin əməkdaşları Ağdam Mərkəzi Rayon Xəstəxanasına yollanıblar. Səhiyyə müəssisəsində isə xəstənin qohumları çəkiliş aparan teleoperatorlara hücum çəkiblər. Nəticədə Apa TV-yə məxsus "Panasonic-HD 3MOS" markalı videokameranın obyektivi xəstənin yaxınları tərəfindən sındırılıb.

Fəaliyyətlərinə maneçilik törədilən jurnalistlər bu barədə Ağdam Rayon Polis Şöbəsinə müraciət ediblər.

Tarix
2016.11.23 / 12:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla