Yuxarı

Bakı polisi saunalarda əməliyyat keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları sosial şəbəkələrdə müştərilərə əxlaqsız təkliflər edərək onları sauna və kafelərə dəvət edən və həmin obyektlərdə hədə-qorxu gələrək pul və qiymətli əşyalarını tələb edən şəxslərə qarşı xüsusi əməliyyat keçirib.

Report-un məlumatına görə, paytaxtın Nəsimi və Səbail rayonlarında yerləşən “Malibu”, "Night”, Xətai rayonu Babək prospektində və Binəqədi rayonunda yerləşən bu tipli obyektlərdə keçirilən əməliyyat zamanı 10-a yaxın şəxs saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin obyektlərdə olan qadınlar sosial şəbəkələrdə qeydiyyatdan keçərək kişilərlə tanış olub və onları əxlaqsız təkliflərlə oturduqları məkanlara dəvət ediblər. Ora gələn müştərilərə isə müxtəlif spirtli və ya spirtsiz içkilər baha qiymətə satılıb (bir stəkanı 120-300 manata) . Hesabdan narazı olan müştərilər isə obyektdəki şəxslər tərəfindən hədələnib, onların pul və qiymətli əşyaları ələ keçirilib.

Faktla bağlı saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Tarix
2016.11.28 / 15:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla