Yuxarı

OPEK-in Vyana görüşündən gözləntilər müsbətdir - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Energetika naziri Natiq Əliyev OPEK və təşkilata üzv olmayan ölkələr arasında neft hasilatının azaldılması ilə bağlı müqavilənin bu gün yekunlaşdırılmasını gözləyir.

Trend-in məlumatına görə, bunu N.Əliyev deyib. Nazirin sözlərinə görə, bugünkü görüşdən gözləntiləri müsbətdir: "Ancaq düşünürəm ki, biz bu görüşün nəticəsindən asılı olmayaraq, səylərimizi davam etdirməliyik".

Qeyd edək ki, bu gün Vyanada OPEK-lə təşkilata üzv olmayan neft ölkələrinin iclası keçiriləcək. Bu görüşün Moskvada keçrilməsi planlaşdırılsa da, daha sonra təxirə salınaraq dekabrın 10-u Vyanaya keçirilmişdi.

Noyabrın 30-da OPEK üzvü olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın gələn ilin yanvarından 1,2 milyon barrel azaldaraq, 32,5 milyon barrel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunub. Saziş kartelə daxil olmayan ölkələrin isə gündəlik hasilatı 600 min barrel azaltmalarını nəzərdə tutur.

Tarix
2016.12.10 / 13:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla