Yuxarı

Ermənilər OSA atdı: öz PUA-sına dəydi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirən Ermənistan silahlı qüvvələrinin OSA zenit raket kompleksindən istifadə etməsi xəbəri məni o qədər də təəccübləndirmədi.

Bunu Axar.az-a hərbi mütəxəssis, ehtiyatda olan polkovnik İlqar Əliyev deyib.

O bildirib: "Birincisi, bu raketlər istifadə müddəti bitmiş, anbarlarda qalıb pas atmış sınıq-salxaq qurğulardır. Həmin komplekslər öz taktiki-texniki xarakteristikalarına görə Azərbaycan ordusunda olan hərbi texnika ilə heç müqayisə də edilə bilməz. İkincisi, tərifləri göyə ucaldılan Ermənistan hərbçilərinin buraxdığı raket boş əraziyə düşüb. Öyrəndim ki, həmin gün düşmən 3 raket atıb. Hadisənin mahiyyətini öyrənəndə məşhur fransız filmini xatırladım. Həmin filmdə çəpgöz əsgər səhvən öz təyyarələrini vurduğu kimi, erməni də buraxdığı raketlə öz PUA-nı vurub yerə salıb. Maraqlısı da odur ki, “quşu gözündən vurmaqla” qürrələnən erməni mütəxəssislərinin buraxdığı raketlərdən heç biri hədəfə çatmayıb və hamısı boşa çıxıb. Raketlərlə hansısa hədəfi vurmaq istəyiblər, amma sapandla PUA-larını məhv ediblər".

Ekspert qeyd edib ki, öz PUA-sını məhv edən, eləcə də boşa çıxan üçüncü raket də öz səngərləri üzərində partladığından, mövqedə olan düşmən əsgərləri və Xocavənddəki erməni əhalisi böyük qorxu və təşviş içərisindədir.

Ehtiyatda olan polkovnik Kamal Hüseynov da açıqlamasında bildirib ki, ermənilər köhnəlmiş raketləri ilə öz PUA-sını vurublar.

Düşmən tərəfinin OSA zenit raket kompleksindən istifadə etməsi, ondan buraxılan raketin heç bir hədəfə dəymədən boş əraziyə düşməsi ilə bağlı K.Hüseynov deyib ki, Ermənistanda olan bu tip texnika çoxdan köhnəlib və raketləri də artıq istismar müddətini başa vurub.

O qeyd edib ki, erməni tərəfi hələ bir neçə il əvvəl bu modifikasiyadan olan raketlərin modernləşdirilməsinə cəhd göstərmişdi:

"Lakin sonradan özlərinin də etiraf etdiklərinə görə, maliyyə problemləri ucbatından onlar bu planı həyata keçirə bilmədilər. Məndə olan məlumata görə, raketin birinin boş əraziyə düşməsi bir tərəfə, peşəkarlıq və bacarıq səviyyələri “həmişə yüksək olan” erməni hərbçiləri digər raketlə öz pilotsuz uçuş aparatlarını da məhv ediblər".

Tarix
2017.04.29 / 16:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla