Yuxarı

Olimpiada qalibləri mükafatlandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirliyi, Heydər Əliyev Fondu, Təhsil nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu və “Nar”ın birgə təşkilatçılığı ilə keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

“Nar”dan Axar.az-a verilən məlumata görə, 11-ci olimpiadanın yekun nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası 1-ci, Bakı Dövlət Universitetinin “CtrlZ” komandası 2-ci, ADA Universitetinin “ADA U1” komandası 3-cü, Bakı Ali Neft Məktəbinin “BHOS2” komandası isə 4-cü yeri tutub.

Qaliblər Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirliyi tərəfindən fəxri fərman və diplomlarla, eləcə də “Nar” operatoru ilə “BestComp Group” şirkətinin təqdim etdikləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, eyni zamanda qaliblər sırasından seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir. Müxtəlif sahələri əhatə edən çoxşaxəli “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri də məhz gənc kadrların yetişdirilməsi və təhsil sahəsidir.

“Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

**

Tarix
2017.05.25 / 17:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla