Yuxarı

Millət vəkili “Əxilik” yürüşünə qatıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Kırşəhər vilayətində “30-cu Əxilik Həftəsi”nin açılış mərasimində iştirak edib.

Axar.az xəbər verir ki, Gənclik və İdman naziri Osman Aşkının da iştirak etdiyi mərasimdə çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycan və Türkiyənin qardaşlığından bəhs edərək qədim Əxilik təşkilatının təməl fəlsəfəsinin qardaşlıq olduğunu söyləyib. Əxilik təşkilatının qurucusu Əxi Evrənin azərbaycanlı olduğunu, Xoy şəhərindən Anadoluya gəldiyini qeyd edən Qənirə Paşayeva təşkilatın qədim qayda-qanunlarından söz açıb.

Millət vəkili türklərin böyük bir imtahandan keçdiyi Çanaqqalada yüzlərlə azərbaycanlı, 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Azərbaycana gələn Qafqaz İslam Ordusunun yüzlərlə türk əsgərinin şəhid olduğunu, bunların da bir neçəsinin kırşəhərli şəhidlər olduğunu xatırladıb.

Əxilik yürüşündən və konfransdan çox təsirləndiyini dilə gətirən millət vəkili Qarabağ problemindən danışaraq, gələn il Əxilik yürüşünün Qarabağda, Şuşada, azad edəcəyimiz bütün o gözəl torpaqlarımızda da təşkil etmək arzusu ilə çıxışını bitirib.

Tarix
2017.09.22 / 16:11
Müəllif
Samirə Heydərli
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla