Yuxarı

Azərbaycanda tikilən pullu yolla bağlı - Yeni xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yeni inşa olunan Bakı-Ələt-Astara-İran sərhəddi avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.

Bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, yolun bir hissəsində artıq işlər yekunlaşıb: "Yolun Yenikənd-Salyan hissəsi hazırdır, Salyan-Şorsulu hissəsində işlər yekunlaşır. Yolun Cəlilabad-Masallı və Masallı-Lənkəran hissələri də hazırdır, Lənkəran-Astara hissəsində də işlər artıq bitir".

A.Nəcəfli bildirib ki, magistral avtomobil yolunun Şorsulu-Cəlilabad hissəsində işlər davam etdirilir: "Yol gələn il istifadəyə veriləcək. Yolun uzunluğu 174 kilometrdir".

Xatırladaq ki, daha öncə qurumun mətbuat rəsmisi yeni tikilən 174 km-lik Bakı-Ələt-Astara-İran sərhəddi avtomobil yolunun gələcəkdə ödənişli olması barədə məlumat vermişdi. Məlumata görə, yolun hər kilometri üçün ödəniş avtomobillərin ölçüsü və çəkisindən asılı olaraq, 4-7 qəpik planlaşdırılır.

Qeyd edək ki, pullu olacaq yola alternativ yol da var və bu yol pulsuz olacaq. Ələt-Astara-İran sərhədi avtomobil yolunun tikintisi yekunlaşandan sonra alternativ yol da əsaslı şəkildə yenidən qurulacaq. Alternativ yolun əsaslı tikintisi başa çatandan sonra yeni tikilən Ələt-Astara-İran sərhəddi yolu pullu ola bilər.

Pullu yolun alternativ yoldan qısa olacağı planlaşdırılır və həmin yol kənd, qəsəbə və digər yaşayış massivindən keçsə də, qapalı olmalıdır. Yəni, bu yola kənardan daxil olmalar olmayacaq.

Pullu yoldan əldə edilən gəlir həmin yolun saxlanmasına xərclənəcək.

Tarix
2017.09.25 / 16:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla