Yuxarı

Nazirdən yeni təyinatlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər naziri Fazil Məmmədov 4 departament rəhbərinin vəzifəsini dəyişib.

Report xəbər verir ki, nazir həmçinin özünə yeni müşavir təyin edib.

F.Məmmədovun yeni müşaviri Qüdrət Seyfullayev olub. Bununla da nazirin müşavirlərinin sayı 13-ə çatıb.

Məlumata görə, Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin baş direktoru Natiq Şirinov vəzifəsindən azad edilib və onun yerinə Zaur Fətizadə təyin edilib.

Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinin baş direktoru Zeynalabdin Məmmədzadə də vəzifəsindən azad edilənlər arasındadır. Nazirin əmri ilə adıçəkilən departamentin yeni baş direktoru Zamin Rzayev olub.

Nazirin digər bir əmri ilə Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin baş direktoru Toğrul Quliyev vəzifəsindən azad edilib. Onu bu vəzifədə Zöhrab Ömərov əvəz edib.

F.Məmmədov Vergi risklərinin təhlili və nəzarəti Departamentinin baş direktoru vəzifəsinə də təyinat edib. Bu departamentin baş direktoru vəzifəsinə Natiq Şirinov gətirilib. Qeyd edək ki, Fərid Cəbrayıl uzun müddət bu vəzifəni müvəqqəti icra edib.

Tarix
2017.11.03 / 17:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla