Yuxarı

Qarabağ əlili nazir müavini olsun - Deputatdan təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və əlillərinə verilən müavinətlər artırılmalıdır.

APA-nın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında 2018-ci il üzrə büdcə zərfinə daxil olan layihələrin müzakirəsi zamanı millət vəkili Zahid Oruc deyib. O bildirib ki, hazırda I qrup Qarabağ müharibəsi əlilinə 401, II qrup əlillərə isə 290 manat müavinət verilir: “Bu, bizim verdiyimiz qiymətdir. Ermənistanda xüsusi fond yaradılıb və bu fond vasitəsilə müharibədə ölənlərin ailələrinə 20 min dollar, əlil olanlara 10 min dollar vəsait verilir. Bu, indiki kursla təxminən 34 min manat edir. Azərbaycan neft ölkəsidir. Hesab edirəm ki, Azərbaycanın Qarabağ müharibəsi əlillərinin şəraitinin daha da yaxşılaşdırılması üçün imkanları var”.

Millət vəkili əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən birinin Qarabağ müharibəsi əlili olmasını təklif edib. Onun fikrincə, Qarabağ müharibəsi əlili problemlərə daha yaxından bələd olduğundan onların problemlərinin həllində yaxından iştirak edə bilər.

Tarix
2017.11.23 / 13:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla