Yuxarı

Bakıda olduğu deyilən olay İsveçdə baş verib - Video/+18

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.12.06. 23:29

İsveçin Höteborq şəhərində 2012-ci ildə baş verən hadisə Bakının Nizami küçəsində bir neçə gün öncə olan olay kimi təqdim edilib.

Axar.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin bu paylaşım yanlışlığı Xəzər TV-nin olayla bağlı süjet hazırlaması ilə nəticələnib.

Əlbəttə, itlərin buruntaq olmadan gəzdirilməsi rikslidir və Azərbaycanda da bənzər olaylar baş verib. Ona görə də süjetin maarifləndirici əhəmiyyəti xüsusi vurğulanmalıdır. Ancaq istinad edilən hadisə Bakıda baş verməyib.

Qeyd edək ki, it sahibinin əlindən çıxıb kiməsə zərər yetirərsə, əvvəlcə polis həmin şəxsi saxlayaraq protokol yazır. Sonra isə həmin protokol Bakı şəhər Baytarlıq İdarəsinə göndərilir və araşdırma aparılır.

Əgər it dişləməsi səbəbindən vətəndaş xəsarət alarsa, o zaman itin sahibi 1000-2000 manat miqdarında cərimələnə, 360 saatdan 480 saata qədər içtimai işlərə, həmçinin 1 ilədək islah işlərinə cəlb edilə və 6 ayadək müddətə azadlıqdan məhrum edilə bilər.

***

Daxili İşlər Nazirliyi yayılan videoya münasibət bildirib. DİN Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev də Report-a bildirib ki, həmin hadisə bir neçə il əvvəl xarici ölkədə baş verib.

Müqayisə üçün hər iki videonu təqdim edirik:

Tarix
2017.12.07 / 15:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla