Yuxarı

Azərbaycan bu siyahıda 31-cidir - Dünya Enerji Şurası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Enerji Şurasının 2017-ci il üçün tərtib etdiyi “energetika trilemmasının indeksi”ndə Danimarka dünya ölkələri arasında birinci yerdədir. Azərbaycan reytinqdə Cənubi Koreya, Avstraliya, Çin, Rusiya Federasiyası kimi ölkələri geridə qoyaraq Yaponiyadan sonrakı 31-ci yerdə qərarlaşıb.

Axar.az xəbər verir ki, bu indeks 125 ölkənin davamlı enerji sistemi ilə təminetmə qabiliyyətini üç bənd üzrə - enerji təhlükəsizliyi, enerji bərabərliyi və ekoloji dayanıqlılıq prinsiplərinə əsasən qiymətləndirir. Bu il Danimarka növbəti dəfə birinci yeri tutaraq, İsveçi, İsveçrəni, Niderlandı və Böyük Britaniyanı qabaqlayıb. Danimarka enerji təhlükəsizliyi üzrə birinci yeri, enerji bərabərliyində 12-ci yeri, ekoloji dayanıqlılıqda 4-cü yeri tutub. İndeksdə 31-ci yeri tutan Azərbaycan enerji təhlükəsizliyi və enerji bərabərliyi üzrə 44-cü, ekoloji davamlılıq üzrə isə 19-cu pillədə möhkəmlənib.

Reytinqin sonuncu pilləsində Niger dövləti yer alıb. Bu ölkədən əvvəlki yerləri Benin, Tanzaniya, Çad, Konqo və Zimbabve tutur. Azərbaycandan 21 pillə geri qalan Ermənistan 52-ci yerdədir.

Xatırladaq ki, Dünya Enerji Şurası beynəlxalq qeyri-kommersiya enerji təşkilatıdır. BMT-də akkreditə olunan bu qurum enerji problemləri ilə məşğuldur, öz sıralarında dünyanın 100-ə yaxın ölkəsindən 3000-dən çox dövlət təşkilatını və özəl təşkilatı birləşdirir.

Tarix
2017.12.08 / 01:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla