Yuxarı

Deputatdan çağırış: Gənclər sosial şəbəkələrdə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Ədirnə vilayətində Xocalı soyqırımı ilə bağlı konfrans keçirib.

Axar.az xəbər verir ki, o, tədbirdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edib.

Ədirnə Türk Ocaqlarının təşkil etdiyi konfransda təşkilatın rəhbəri Yaqub Öz, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova çıxış edərək, Xocalı soyqırımı barədə geniş məlumatlar veriblər.

Q.Paşayeva Qarabağ problemi və Xocalı soyqırımı məsələlərində beynəlxalq təşkilatların ikili standartlardan irəli gələn yanaşmalarını kəskin şəkildə qınayıb:

“BMT başda olmaqla, digər beynəlxalq təşkilatlar bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var, amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərilmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”.

Azərbaycanla Türkiyə arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini deyən millət vəkili, bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə danışıb:

“Qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır. Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşür, onları sosial mediada Qarabağ həqiqətlərinin yayılmasında daha aktiv olmağa çağırıram”.

Tarix
2018.02.23 / 14:16
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla