Yuxarı

AMEA alimləri nə ixtira edir ki? - Faktlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təkcə 2017-ci il ərzində 35 ixtiraya milli patent verilib.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Müəllif hüquqları və patent şöbəsinin müdiri Sadıx Nəbiyev Hafta.az saytına müsahibəsində “Azərbaycanda alimlər nə ixtira edir ki?” sulına cavab olaraq bildirib.

AMEA-nın şöbə müdirinin sözlərinə görə, 2016-cı ildə Akademiyanın elmi-tədqiqat institutları tərəfindən təqdim edilmiş iddia sənədləri əsasında 57 ixtiraya milli patent verib:

“Təkcə 2017-ci il ərzində 35 ixtiraya milli patent verilib. Bu ixtiralar arasında atom energetikası obyektlərində təhlükəli sahələrdə istifadə edilə bilən radiasiyaya davamlı elastomer material, metal səthlərin korroziyadan nühafizə üsul və vasitələri, müxtəlif təyinatlı müasir sürtkü yağları, xüsusi keyfiyyətlərə malik polimerlər, kənd təsərrüfatı üçün yeni kompleks gübrə və ziyanvericilərlə mübarizə vasitələri və s. xüsusi qeyd olunmalıdır.

Akademiyanın geoloq və kimyaçı alimlərinin birgə əqli məhsulu olan “Membranlı filiz emalı texnologiyası” patentinin tətbiqi hər bir filizin və ya filiz tullantısının geokimyəvi və mineraloji tərkibindən asılı olaraq, münasib membran qrupunu tərtib etməklə ekologiyaya ziyan vurmadan lazım olan komponentləri ayırmağa və saf hala gətirməyə imkan verəcək. Fiziklər alternativ və bərpa olunan enerji mənbələrində iki şinalı hibrid sistemdən istifadə üsulunu hazırlayıblar, hansı ki, bu, günəş, külək və digər alternativ və bərpa olunan mənbələrdən əldə olunan sabit enerjini dəyişən cərəyana çevirmədən daşımaq və istehlakçıya çatdırmaq perspektivləri açır”.

Tarix
2018.03.19 / 15:37
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla