Yuxarı

Dərs ili uzadıldı - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yeni tədris ilinin uzadılması və tətil müddətlərinin dəyişdirilməsi ilə bağlı gözlənilən dəyişikliklər məlum oldu.

Trend-in məlumatına görə, artıq Təhsil Nazirliyi orta məktəblərdə yeni tədris ilinin uzadılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim edib.

Təkliflərə əsasən, dərslər sentyabrın 15-də başlayacaq, iyunun 14-də bitəcək. Belə olduqda dərs ilinin birinci və ikinci yarımillərinin müddətində də dəyişiklik olacaq.

Təhsil Nazirliyinin bu təklifi qəbul olunarsa, tətillərin də müddəti dəyişdiriləcək. Əsasən qış tətilinin müddəti azaldılacaq. Bununla yanaşı, şagirdlər üçün yaz tətilinin müddətinin tarixləri də dəyişdiriləcək. Hazırda şagirdlər üçün bu tətil martın 16-dan 23-dək olan dövrü əhatə edir. Əgər TN-in təklifi bəyənilərsə, onda şagirdlər üçün bu tətil aprel ayı ərzində olacaq. Novruz bayramı günlərində isə ölkənin digər dövlət qurumlarında olduğu kimi, orta məktəblərdə də qeyri-iş günləri olacaq və həmin günlərdə də şagirdlər istirahət edə biləcəklər.

TN-in təklifi qəbul edildikdən sonra orta məktəblərdəki tətillərin müddəti daha dəqiq müəyyən ediləcək. Dərs ilinin uzadılması şagirdlərin dərs yükünün azaltmağa xidmət edir.

Qeyd edək ki, digər ölkələrlə müqayisədə Azərbaycanda tədris həftələrinin sayı azdır. Bir çox ölkələrdə bu müddət 38, bəzi ölkələrdə 40-43 həftəyə çatır. Hazırda dərs ili I siniflərdə 31, II-XI siniflərdə 32 tədris həftəsindən ibarətdir. Dərs məşğələləri sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır. Birinci yarımil 15 sentyabr - 29 dekabr, ikinci yarımil 6 yanvar - 31 may tarixlərini əhatə edir.

Tarix
2014.08.15 / 15:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla