Yuxarı

Abid Şərifovun səhhəti necədir? - Özü açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

23:301131

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə məlumat yayılıb.

Axar.az xəbər verir ki, İnterpress.az A.Şərifovun təcili xəstəxanaya yerləşdirildiyini yazıb. Hansı xəstəxana barədə məlumat verilməsə də, Abid Şərifovun hazırda kardiologiya şöbəsində müalicə oldunduğu vurğulanıb.

Abid Şərifov Oxu.az-a açıqlamasında barəsində yazılanların yalan olduğunu deyib. O bildirib ki, hazırda evdədir və səhhəti normaldır:

“Kim xəstəxanaya yerləşdirilib? Mən? Mənim xəstəxanada nə işim var? Bu yalan məlumatı yayanlara Allah insaf versin. Bəyəm, mənə nə olub ki, xəstələnim və üstəlik, xəstəxanaya da yerləşdirilim?

Əgər, 23 il dövlətin bir vəzifəsində işləmişəmsə və 79 yaşımda cənab prezidentin sərəncamına əsasən, işdən azad edilmişəmsə, bu haqda başqa düşüncələr ola bilər? Hansı ölkədə dövlət məmuru 23 il işləyir? Mən həmişə vicdanla işləmişəm və bundan sonra da vicdanlı olacağam”.

Qeyd edək ki, A.Şərifov ürəyində problem yaranması səbəbindən İsraildə müalicə olunub. Ötən ilin aprel ayında millət vəkili Yevda Abramov onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

Sabir baş nazir müavini orada əməliyyat keçirmişdi.

Tarix
2018.04.23 / 11:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla