Yuxarı

“Nar” açıqladı: Yarışa hazırıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar” önümüzdəki günlərdə Bakıda keçiriləcək Formula Qran Pri yarışları ərəfəsində şəbəkəsinin optimallaşdırılması istiqamətində müxtəlif işlər görüb.

Şirkətdən Axar.az-a bildirilib ki, mobil operator paytaxta gələcək sürət həvəskarlarına ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərmək üçün müvafiq işləri başa çatdırıb. Ərazinin şəbəkə testləri tamamlanıb və şəbəkənin keyfiyyət ölçüləri müəyyənləşdirilib. Bakı şəhərinin mərkəzində şəbəkə tutumu maksimum optimallaşdırılıb, 4G (LTE-A) şəbəkə tutumu və əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə 20-dən artıq yeni baza stansiyası quraşdırılıb. Yarışların keçiriləcəyi ərazilərdə şəbəkə tutumunun mükəmməlləşdirilməsi üçün yeni 6 mobil baza stansiyası işə salınıb.

Yarışların keçiriləcəyi ərazilərdə 24/7 rejimində çalışacaq “Nar” əməkdaşları şəbəkəyə nəzarət edəcək, şəbəkə istifadəçilərinə dəstək olacaqlar. “Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2018.04.24 / 11:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla