Yuxarı

Yeni komitə sədrinə təklif: Onlarla işləyin

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diaspor işində xaricdə təhsil alan tələbələrimizin potensialından faydalanmaq təklifi irəli sürülüb. Bildirilib ki, Diaspor Komitəsi Təhsil Nazirliyi ilə ortaq layihələr həyata keçirməlidir.

Təkliflə bağlı Axar.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, diaspor təşkilatlarının xaricdə təhsil alan tələbələrlə işləməsi ölkəyə böyük nailiyyətlər gətirə bilər.

Əsədovun sözlərinə görə, bu həm diaspor təşkilatlarının işini asanlaşdırır, həm də xaricə təhsil üçün göndərilən tələbələrin patensialını ortaya qoymaq üçün imkan yaradır:

“Hazırda 40 minə qədər azərbaycanlı tələbə xarici ölkələrdə təhsil alır. Onlardan 3500-ə qədəri 2007-2015-ci illər xaricdə təhsil proqramı çərçivəsində təhsil alan şəxslərdir. 2007-ci ildən bu günə qədər onların təhsil və digər xərclərini ödəmək üçün dövlət büdcəsindən 90 milyon manata yaxın vəsait ayrılıb. Bu tələbələr xüsusi imtahan nəticələri əsasında seçilmiş bilik və bacarıqları yüksək səviyyədə olan gənclərdir, deməli, onlardan istifadə etmək lazımdır. Bu, tələbələrə də, ölkəyə də nailiyyətlər qazandıracaq”.

Təhsil eksperti bildirib ki, bu gün dünyada diaspor təşkilatlarının nümayəndələri əsasən gənc fəal tələbələrdir. Hətta Amerikadan tutmuş Avstraliyaya qədər, əksər ölkə diasporları xaricdə təhsil alan tələbələrlə çalışır.

K.Əsədov bildirib ki, dövlət əlamətdar günlərdə məmurları, deputatları qısa müddətlik bir çox ölkəyə ezam edir. Bu səfərlər qısa müddətli olduğuna görə, heç də ciddi uğur qazanılmır:

“15 min azərbaycanlı tələbə qardaş Türkiyədə, 22 minə yaxın gənc isə Rusiya, Ukrayna, Gürcüstan, Moldova və digər ölkələrdə öz vəsaitləri hesabına təhsil alır və yaşayır.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün tələbələr daha ciddi işlər görə bilər. Çünki onların ünsiyyətdə olduğu kontingent məhz təhsilli və cəmiyyətin aparıcı kütləsidir. Azərbaycandan kənarda diaspor təşkilatları hansısa tədbir üçün ciddi məbləğdə vəsait sərf etməkdənsə, daha az vəsait hesabına tələbələr vasitəsilə çox işlər görə bilər”.

K.Əsədovun fikrincə, xarici ölkələrdə təhsil alan tələbələri ümumi ölkə maraqları naminə səfərbər etmək lazımdır:

“Bu qiymətli sərvəti itirmək olmaz. Vaxtı ilə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xarici ölkələrdə təhsil almağa göndərilmiş şəxslərin ölkəmizin tanıtımı baxımdan gördüyü işləri hər birimiz xatırlayırıq. Düşünürəm ki, bu uğurlu addımı indi də davam etdirmək lazımdır”.

Tarix
2018.04.27 / 08:15
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla