Yuxarı

Nərgiz Paşayevanın oğlu BDU-nun tələbəsi oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayevanın oğlu Ülvi Mahmudov Bakı Dövlət Universitetinin tələbəsi adını qazanıb.

Modern.az-a daxil olan məlumata görə ikinci qrup üzrə qəbul imtahanında iştirak edən Ülvi Mahmudov 580 balla bu universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin beynəlxalq münasibətlər ixtisasını seçib.

Bəzi hallarda övladlarının xarici universitetlərdə oxumasına üstünlük verən ailələr ölkə təhsili haqqında neqativ fikirlər səsləndirərək milli təhsilə kölgə salmağa çalışırlar. Lakin son illər tanınmış ailələrin, ziyalıların və nüfuzlu şəxslərin övladlarının məhz Azərbaycanda təhsil almalarına üstünlük verməsi milli təhsil haqqında səsləndirilən fikirlərin əsassız olduğunu göstərir.

Bunu ötən il 590 balla Azərbaycan Diplomatiya Akademiyasının beynəlxalq münasibətlər ixtisasına qəbul olan prezident İlham Əliyevin oğlu Heydər Əliyevin timsalında da göstərmək olar.

Bu arada qeyd edək ki, bir sıra ölkələrdə milli universitetlərin Himayədarlar Şurası fəaliyyət göstərir və sədri həmin ölkənin prezidenti olan (məsələn, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Himayədarlar Şurasının sədri Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Qazaxstanın Nazarbayev Universitetinin Ali Himayədarlar Şurasının sədri Qazaxstan prezidenti Nursultan Nazarbayev və s. ) şuranın üzvləri müxtəlif peşə sahibləri olan ölkənin tanınmış şəxslərindən təşkil edilir. Şuranın məqsədi elm və təhsilin inkişaf etdirilməsi, milli təhsilin nüfuzunun yüksəlməsi, ona əlavə dəstək verilməsi məqsədi daşıyır.

Dünya təcrübəsini əsas tutaraq belə bir Şuranın ölkəmizdə yaradılması milli təhsilin inkişafı baxımından faydalı olardı.

Tarix
2014.08.20 / 13:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla