Yuxarı

Ramil Usubov Şəkidə vətəndaşları qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri Ramil Usubov avqustun 30-da Şəki Şəhər Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayonlarından olan 45 nəfər iştirak edib.

Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ həlli üçün qəbulda iştirak edən Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti öz həllini yerində tapıb, digərlərinin aidiyyəti dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılıb.

Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elana uyğun olaraq, həmin rayonlar üzrə qəbulda polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 59 nəfər də iştirak edib. General-polkovnik R.Usubov onların arasından xidmətə yararlı olan gənclərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə tapşırıq verib.

Trend

Tarix
2014.08.30 / 17:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla