Yuxarı

Övladınızın şəxsiyyət kimi yetişməsini istəyirsinizsə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Övladınızın şəxsiyyət kimi yetişməsini istəyirsinizsə...

"Yeniyetmələrin şəxsiyyət kimi formalaşmasında ailə ilə yanaşı, cəmiyyətin də rolu böyükdür".

Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Vəfa Əkbər yeniyetmələrin şəxsiyyət kimi formalaşmasına təsir edən faktorlardan danışarkən deyib. Psixoloqun sözlərinə görə, yeniyetməlik dövrü elə həssas dövrdür ki, bu dövrdə şəxsdə fizioloji, bioloji və psixoloji dəyişikliklər baş verir:

"Yeniyetməlik dönəmində bu üç prosesin bir arada getməsi şəxsdə müəyyən dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər özünü davranışda daha çox göstərir. Bu dönəmdə insan beyinində formalaşma baxımından ciddi dəyişikliklər getdiyindən, onlar çox həssas olurlar. Yəni yeniyetmə bir gənc elə bir dönəmdən keçir ki, o, pis yönləndirildikdə mənfi istiqamətə, yaxşı yönləndirildikdə isə müsbət istiqamətə doğru gedir. Sadəcə olaraq, bu dönəmdə onlarla daha ehtiyatlı davranmağı məqsədəuyğun hesab edirəm.

Belə dönəmdə ailənin rolu daha böyükdür. Əgər uşaq ailədə valideynlərlə normal münasibət və ünsiyyətdə olarsa, demək, onun ətrafı da normal olacaq. Əks təqdirdə ailədən pis münasibət və yalnız basqı görərsə, bu, yeniyetmənin sosial həyatına da mənfi təsir göstərəcək. Ailə ilə yanaşı, yeniyetmənin şəxsiyyət kimi formalaşmasında cəmiyyətin də rolu böyükdür. Hər iki halda yeniyetmənin formalaşmasında birinci növbədə ailə böyük rol oynayır. Bu baxımdan da belə bir həssas dönəmdə valideynlərin üzərinə böyük məsuliyyət düşür".

Tarix
2014.09.14 / 02:12
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla