Yuxarı

Ramiz Rzayev Əli İnsanovun məhkəməsindəki ədalətsizlikdən danışıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çox təəssüf ki, məhkəmələr əsasən ittiham tərəfinin vəsatətlərini təmin edir"

"Axar.az"ın "APA"ya istinadən məlumatına görə, bunu Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin yığıncağında çıxış edən Ali Məhkəmənin Cinayət İşləri Kollegiyasının sədri Şahin Yusifov deyib.

Ş.Yusifov bildirib ki, həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı xeyli problemlər var: "Məhkəmələr prokurorluğun həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimatlarını 98 faiz təmin edir. Bizim tələbimiz ondan ibarətdir ki, bu məsələ ilə bağlı beynəlxalq konvensiyanın tələblərinə qanunvericiliyə əməl edilməli və bu problem həll edilməlidir. Ali Məhkəmənin sədri Ramiz Rzayevin da fikri belədir ki, əgər Avropa Məhkəməsi Azərbaycana qarşı qərar qəbul etsə, həmin işdə pozuntuya yol vermiş hakim gəlib Plenumda izahat verəcək. Əli İnsanovun işində hakim müdafiəçinin əlavə şahidin çağırılıb dindirilməsi barədə vəsatətini təmin etməyib, ona görə də Azərbaycana qarşı qərar qəbul edilib".

Kollegiya sədri qeyd edib ki, məhkəmə həqiqəti müəyyən etməlidir: "İşi obyektiv araşdırmaq lazımdır. Çox təəssüf ki, məhkəmələr əsasən ittiham tərəfinin vəsatətlərini təmin edir. Əgər hansısa hakim müstəqil qərar qəbul edə bilmirsə, ədalətli hökm çıxara bilmirsə, elə öz xoşu ilə hakimlikdən getməlidir".

Tarix
2013.11.30 / 12:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla