Yuxarı

Baş redaktor və qadın jurnalist cinayət başında tutuldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“El həkimi” qəzeti və onun internet saytı qismində fəaliyyət göstərən “reket nəşr”in təsisçisi və baş redaktoru Ağayev Zöhrab Mahmud oğlu, tabeçiliyində olan Cümşüdova Günel Cəlil qızı və digərlərinin ölkə ərazisində müxtəlif hərbi hissələrin zabit və gizirlərini qanunsuz əməllərə təhrik edərək şantaj etmələri, bu barədə videoçəkilişləri mobil telefondan internetlə bir-birilərinə ötürmələri müəyyən edilib, Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma başlanıb.

Bu barədə Axar.az-a Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Zöhrab Ağayev belə hədə-qorxu yolu ilə tələb olunan pulu aldıqdan sonra idarə etdiyi 90 PF 742 dövlət qeydiyyat nişanlı avtomobilində cinayət başında saxlanılıb, əvvəlcədən üzəri xüsusi qaydada işarələnmiş pullar, əllərində isə həmin pulların üzərinə çəkilmiş xüsusi tozun izləri aşkar edilərək sənədləşdirilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə davam edən araşdırmalarla həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar tərəfindən gizli qaydada informasiya alınması üçün texniki vasitələrdən istifadə etməklə insanların güdülməsi, gizli videoçəkilişlərin aparılması, qanunla əməliyyat tədbiri hesab edilən sair əməllərin qanunsuz həyata keçirilməsi, insanların intim münasibətə cəlb edilməsi və sair yollarla toplanmış materiallar əsasında ayrı-ayrı şəxslərin şantaj edilməsi, müxtəlif məbləğlərdə pul tələb edilib alınması, bu üsulla müxtəlif təşkilatlardan dövri haqq toplanılması, hərbi qulluqçuların hər birindən əlavə digər hərbçilərin təsir altına salınmasına şərait yaratmalarının tələb edilməsinə dair çoxsaylı sübutlar, saxta media vəsiqələri və sair dəlillər aşkar edilərək götürülüb.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər cinayət əməlləri barədə ətraflı ifadələr veriblər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilməklə Zöhrab Ağayev, Günel Cümşüdova və digərlərinin oxşar qanunsuz əməllərindən zərər çəkmiş şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

Tarix
2018.08.13 / 16:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla