Yuxarı

Dəmirov İsmayılovu niyə öldürüb? - Şok açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gözəl Dəmirov Etimad İsmayılovu “Glock” markalı tapança ilə qətlə yetirib.

Axar.az xəbər verir ki, “Hürriyyət” qəzeti Dəmirovun polislər tərəfindən sürücüsünün telefonunun izlənilməsi sayəsində ələ keçdiyini bildirib. Nəticədə Dəmirovla bərabər, sürücüsü Barış A.-da polislər tərəfindən saxlanılıb. Barış A.-nın avtomobilində cinayətdə istifadə edilən “Glock” markalı tapança aşkar edilib.

Polisdəki ifadəsi zamanı Dəmirovun İsmayılovla birgə ticarət mərkəzi işlətdikləri, eləcə də qida və elektronika ticarəti sahəsində ortaq çalışdıqları bəlli olub. Dəmirov İsmayılova birgə çalışdıqları şirkətin 2%-ni verəcəyini bildirsə də, sonradan bəzi problemlər ucbatından bunu həyata keçirə bilməyib. Bundan sonra İsmayılov Dəmirovu təhdid edərək, gecikmə ucbatından zərər görəcəyini bildirib. Bundan sonra Dəmirov özü və ya övladlarına hansısa zərərin gələcəyini düşünərək, İsmayılovun ofisinə gedib və atəş açaraq onu öldürüb.

Dəmirov polisə ifadəsində bildirib ki, İsmayılovu öldürməsəydi, bu addımı İsmayılov atacaqdı.

Tarix
2018.09.20 / 17:35
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla