Yuxarı

Bakıda nə qədər rusdilli məktəb var? – Statistika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Azərbaycanda rus dilində təhsil alanların sayında artım müşahidə edilməsi hər kəsi narahat etməyə başlayıb. Bu etirazlara hətta deputat Gövhər Baxşəliyeva da reaksiya verərək, ilkin təhsilin doğma dildə aparılmasının vacibliyini bildirib.

Azərbaycan dilinin gələcəyi üçün narahat olan millət vəkilinin fikrincə, uşaqların rus dilində təhsilə meyillənməsinin qarşısı vaxtında alınmalıdır.

Maraqlıdır, hazırda həqiqətənmi, ciddi narahatlığa səbəb olacaq səviyyədə rus bölmələrinə meyillənmə var? Ümumiyyətlə, rusdilli məktəblər doğrudanmı bu sürətlə artır?

Mövzu ilə bağlı Axar.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda Bakı istisna olmaqla, respublika üzrə tədrisi yalnız rus dilində olan 15 ümumtəhsil məktəbi fəaliyyət göstərir:

“Bu məktəblər Naxçıvan şəhərində (1), Balakən (3), Qəbələ (3), Quba (2), Qusar (2), Qax (1), Zaqatala (1), Goranboy (1), Xaçmaz (1) rayonundadır.

Respublika üzrə 314 məktəbdə tədris Azərbaycan və rus dillərində, 1 məktəbdə isə Azərbaycan, rus və gürcü dilində aparılır. Ağsu, Yardımlı, Lerik, Xızı, Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Xocalı, Xocavənd, Cəbrayıl, Şuşa rayonlarında rus bölməsi olan məktəb yoxdur. Respublikanın qalan bütün şəhər və rayonlarında rus bölməsi olan məktəblər fəaliyyət göstərir”.

Ekspert bildirib ki, hazırda ölkədə Bakı da daxil olmaqla, 340 orta məktəbdə tədris rus dilində aparılır:

“Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir.

Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir.

Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. Ali təhsil müəssisələrinin demək olar ki, bütün fakültələrində rus bölməsində təhsil alan tələbələr var”.

Ölkə üzrə təhsilin Azərbaycan dili ilə paralel, rus dilində də tədris edildiyi məktəblərin də sayı kifayət qədərdir.

Rus bölməsi üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir.

Tarix
2018.10.15 / 12:22
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək

ABŞ görüşü: Vaşinqton Bakı ilə 3 məsələni dəqiqləşdirir

Siyarto: Azərbaycan bu quruma qayıtmalıdır

Zəngəzur dəhlizi bu vaxt açılacaq - Türkiyəli nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla