Yuxarı

Bu şəxslərə dövlət mənzil verə bilər - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ilin dövlət büdcəsinin komitədə müzakirəsi zamanı dedim ki, cərimə və rüsumlardan ayrı-ayrı məmurların əmək haqqının artırılmasına etiraz etmişəm. Təklif etmişəm ki, cərimələrdən Prezident Adminstrasiyasına ayrılan 5, Nazirlər Kabinetinə ayrılan 2 faiz ya aradan qaldırılmalı, əgər aradan qaldırılmırsa, Milli Məclisin əməkdaşlarının da əmək haqqı artırılmalıdır.

Axar.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Millət vəkili əlavə edib ki, komitədə işlətdiyi bu fikirləri bəzi jurnalistlər təhrif edərək qələmə verib ki, guya Həsənquliyev həmin 3 faizin deputatlara verilməsini təklif edib:

“Bundan sonra keçmiş həmkarımız Cəmil Həsənli başda olmaqla, o cümlədən xaricdəki ünsürlər məni, Milli Məclisi və hökuməti təhqir etməyə başladı. Peşəsinə hörmət etməyən jurnalistlərin yeri bura deyil. Onların akkreditasiyası ləğv edilməlidir”.

Q.Həsənquliyev Milli Məclisin əməkdaşlarının əmək haqlarının artırılmasını təklif edib:

“Rəhmətlik Heydər Əliyev dövründə bizim iqtisadi vəziyyətimiz daha ağır idi. O zaman Milli Məclisin əməkdaşları və deputatlar üçün mənzil tikildi. 2003-cü ildə mənzil alanlardan biri də mən olmuşam. Buna görə də həmişə mərhum prezidentə rəhmət diləyirəm. İndi iqtisadi durumumuz daha yaxşıdır. Hörmətli Samir müəllim, Milli Məclis əməkdaşlarının mənzil tikintisinə ehtiyac var. Onların aldıqları maaşla mənzil almaq çox çətindir”.

Deputat əlavə edib ki, büdcədən Milli Məclisin ezamiyyət xərclərinin artırılması vacibdir:

“Azərbaycan xarici siyasətinin həyata keçirilməsində Milli Məclisin müstəsna rolu var. NATO Parlament Assambleyasının Kanadada payız sessiyası başlayacaq. Ora yalnız bir deputatımız gedə bilib. Hesab edirəm ki, bu sahəyə maliyyənin artırılmasına ciddi ehtiyac var”.

Tarix
2018.11.15 / 13:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla