Yuxarı

“Onun eşcinsəl, mavi və lezbiyan sifəti...”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünən Milli Məclisdə yenə Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlər müzakirə olundu. Avropa və bütövlükdə dünyanın bizə, həm də tək bizə yox, bütün olaylara ciftli, yəni ikili standartlarla yanaşması məlumdur. Bu şəraiti dəyişmək bizim gücümüz çatan iş deyil. Bu şəraitdə yaşamağa, çalışmağa və haqqımızı qorumağa məhkumuq. Hələ ki, diqtə edən, nümunə olan və bizim də üz tutduğumuz onlardır".

Axar.az xəbər verir ki, bu sözlərlə millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisdəki dünənki müzakirələrlə bağlı fikirlərini Feysbuk hesabından bölüşüb. S.Rüstəmxanlı Qərb yönümlü siyasətin davam etdirilməsinin tərəfdarı kimi çıxış edib:

"SSRİ-dən sonra Qərb yönlü siyasət aparırıqsa, bu işdə qətiyyətli və ardıcıl olmalıyıq. Bunu Qərbə xoş getsın dəyə yox, millətimizin, inkişafımızın, keçdiyimiz mübarizə yollarının xətrinə ələməliyik. Avropa dəyərləri dəyəndə Avropanı yamsılamağı, təlqin eləməyi yox, insanlığın min illər ərzində qazandığı haqları, demokratiya və ədalət prinsiplərini, yəni dünya savaşlarını önləyən uluslararası qanunları və qarşılıqlı sayğı prinsiplərini düşünməliyik. Hamısından daha artıq öz ölkəmizdə haqqın, ədalətın qorunmasını, millətimizin rahat yaşamasını, qanunların işləməsını, millət- dövlət bağlarının möhkəmlənməsini, ədalətli bölgüyə əsaslanan vətəndaş həmrəyliyini düşünməliyik... Bundan sonra Qərbin bizə münasibəti dəyişiləcəkmi? Qətiyyən! İslam dünyasına minillik münasibət davam edir və yenə davam edəcək. Lakin dediyim kimi, biz ölkəmizdə Avropa dəyərlərinin bərpasını kimlərinsə könlünü xoş etmək üçün yox, millətimizin gələcəyini, milli dövlətə güvənini artırmaq üçün eləməliyik. Avropa bizə təzyiq göstərdikcə qəzəblənmək, "kimsə bizə yol göstərə bilməz" dəyərək özünü cığal uşaq kımi aparmaq düz deyil. Bəzi həmkarlarımın çıxışlarında məhz bələ bir ovqat duyuram və bu, narahatlıq doğurur. İnsan haqlarının, ədalətin qorunmasını təkcə Avropa tələb etmir, biz də tələb edirik. Ancaq bu tələblər fərqlidirlər. Biz bunu ümumi siyasətimizin, cümhuriyyət ənənələrimizin məntiqi davamı kimi görürük, Avropanın bizə münasibətinin bizim Avropaya münasibətimizə adekvat olmasını, insan haqlarının "keşiyində dayananların" həm də bir milyondan artıq qaçqınımızın - Ermənistandan və Qarabağdan qovulanların haqlarını düşünməsini istəyirik, insan haqları bəhanəsiylə Azərbaycana təzyiqin gücləndirilməsinin və Qarabağ probleminin gözardı edilməsinin əleyhinəyik, Qərb dünyası isə bu Orta Doğuya və Türk Dünyasına tarixən formalaşdırdığı, gizli və açıq şəkildə apardığı birtərəfli, ayrımçı və bölücü siyasətinin davamı kimi baxır.

Avropa çağdaş sivilizasıyanın beşiklərindən biri olduğu kimi, inkivizasiyaların, soyqırımın və on milyonlarla insanın yaşamaq haqqına son qoyan dünya savaşlarının da "beşiyi"dir. İkili standart Avropa üçün uyğun söz deyil. Avropanın çox üzü və çox bəlası var. Biz böyük mədəniyyətlərın, texniki inqilabların, insanı yüksəldən kəşflərin, Servanteslərin, Şekspirlərin, Hüqoların, Götelərin Avropasını sevirik... İşğalçı, sömürgəçi, ağalıq iddiasından əl çəkməyən, hamıya yuxarıdan aşağı baxan, irqçiliyin, faşizmin meydan açdığı Avropanı yox. Avropa sivilizasiyanın mərkəzi olduğu kimi, sivilizasiyanın sonu da ola bilər. Çünki onun eşcınsəl, fahişə, mavi, lezbiyan, ailə dayaqlarını dağıdan sifəti getdikcə demokratik dəyərlərini kölgədə qoyur və istər- istəməz qədim Romanı xatırladır...

İslam dünyasındakı Qərb dəstəkli terror bəladır, söz yox, lakin dünyada demokratiya, azadlıq maskası taxmış bır "dinc", gizli xristian terroru da var ki, yalnız ağlıkor adamlar bunu görməz. Biz Azərbaycanda ayaq tutmağa çalışan bəzi islam missioner örgütlərindən çox danışırıq, lakin saman altdan su yeridən, uluslararası korporasiyaların yanında yer alan xristian missionerlərini unuduruq. Quzey Azərbaycanda vaxtilə xristianliq olub deyə bütün böyük Qafqaz ətəklərində - Bakıdan Qazaxa kilsə tikdirmək layihəsini ortaya atanlar kimlərdir və məqsədləri nədir? Onda xristian dünyası niyə çoxallahlığa və ya bütpərəstliyə qayıtmır?

Mədəniyyət, demokratiya, insan haqları, dialoq, humanizm kimi gözəl adlar altında Vatıkan süpürgəsinə dönənlərin, xaçpərəstdir dəyə terrorçu Ermənistanın nazıyla oynayanların ədaləti və düz niyyəti də şübhə doğurur. Bunun günahı özlərindədir..."

Tarix
2014.11.29 / 10:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla