Yuxarı

Gürgən və “Qoşa Qışlağ”a yeni yol çəkilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürgən və “Qoşa Qışlağ”a yeni yol çəkilir

Gürgən qəsəbəsinə, həmçinin Xəzər rayonu Zirə qəsəbəsinin “Qoşa Qışlaq” yaşayış massivinə yeni yollar çəkilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumat görə, 2 km uzunluğunda olan Gürgən qəsəbəsinin və 1.5 km uzunluğa malik “Qoşa Qışlaq” yaşayış massivinin yolları 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Hərəkət hissəsi 7 metr, hər bir istiqamət üzrə çiyinlər isə 2,5 metr olmaqla yol yatağının eni 12 metr təşkil edir.

Sözügedən yollar uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğu və əksər hissələrinin torpaq əsaslı olduğu üçün payız-qış aylarında hərəkətdə problemlərə səbəb olurdu.

Layihə çərçivəsində bu problemlərin aradan qaldırılması üçün yollar boyu köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın və torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa edilib.

Layihənin sonuncu mərhələsində “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən çiyin hissələr optimal qum-çınqıl qarışığı ilə bərkidiləcək, hərəkətin normal təşkili üçün isə zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləndən sonra yol vətəndaşların istifadəsinə veriləcək.

Tarix
2019.04.29 / 15:05
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla