Yuxarı

Anarın ata evi bu bərbad küçədədir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonu, Nigar Rəfibəyli küçəsində yaşayan sakinlər bərbad yol problemindən cana doyub.

Bu barədə Axar.az-a şikayət edən yerli sakinlərin sözlərinə görə, küçədən nə piyadalar, nə nəqliyyat hərəkət edə bilir. Yolların çala-çuxur, darmadağın vəziyyətdə olmasına biganəlik əhalini hər gün eyni məşəqqəti yaşamağa məhkum edib.

Sakinlər redaksiyamıza yazırlar ki, küçə başdan-başa palçıq içindədir, gölməçələr yaranıb və cavabdeh qurumlar bir maşın asfalt tökmək istəmir. Onların sözlərinə görə, Anarın anası Nigar Rəfibəylinin adını daşıyan küçədə, atası, Xalq şairi Rəsul Rzanın öz evi yerləşir. Şairin bu evinin qarşısında böyük bir gölməçə yaranıb.
"Bizi fikirləşmirlər, heç olmasa böyük şairə qarşı hörmətsizlik olmasın. Yəqin Anar müəllim bu yerə gəlib-getmir, yoxsa atasının evinin qabağında yolun bərbad vəziyyətdə olduğunu görərdi. Biz yay-qış əziyyət çəkirik. Qışda yağış yerə dəyən kimi yol keçilməz olur. Nigar Rəfibəylinin adını daşıyan küçədə yol belə olmamalıdır,"- deyə şikayətçilər qeyd edirlər.

Tarix
2014.12.18 / 22:53
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla