Yuxarı

Mübariz Qurbanlı Komissiya sədri oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin yanında Dinşünaslıq üzrə Komissiyanın yaradılması ilə bağlı növbəti iclas keçirilib.

Bu barədə Report-a Komitənin mətbuat xidmətindən bildirilib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qurumun fəaliyyətinin vacibliyindən danışaraq bildirib ki, Əsasnaməsinə görə Komissiya milli-mənəvi və dini dəyərlərin təbliği və təşviqi, eləcə də ölkədə tolerantlığın qorunub saxlanması istiqamətində önəmli işlər görə bilər. Eyni zamanda, Komissiya üzvlərinin Komitə əməkdaşları, mütəxəssis və dini icmalarla bərabər regionlarda dini maarifləndirmə yönündə tədbirlər həyata keçirməsi nəzərdə tutulur. Dini radikalizmə qarşı mübarizədə əsas hədəflərdən biri maarifləndirmə işinin aparılmasıdır ki, bunu da Komissiya və digər aidiyyəti qurumlar birgə həyata keçirəcəklər.

Komissiyanın iclasında bildirilib ki, qeyd olunan məsələlərlə bağlı layihələrə Dövlət Komitəsi hərtərəfli dəstək verəcəkdir. Həmçinin, Komissiya üzvləri Dövlət Komitəsinin yerli və beynəlxalq səviyyədə təşkil etdiyi bütün konfranslarda fəal iştirak edəcəklər.

Komissiya üzvləri qurumun yaradılmasının və fəaliyyətinin əhəmiyyətindən danışaraq bildiriblər ki, onlar ölkədə dini maarifləndirmə işinin aparılması, milli-mənəvi və dini dəyərlərimizin təbliği prosesinə öz töhfələrini verməyə hazırdırlar.

İclasda Komissiyanın Əsasnaməsi müzakirə olunub. Təkliflər nəzərə alınmaqla Dövlət Komitəsinin sədri Komissiyanın Əsasnaməsini və üzvlərini təsdiq edib. Həmçinin, Komissiyanın katibi təyin edilib.

Komitədən "Report"a bildirilib ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, katibi isə Nahid Məmmədov olub.

Tarix
2014.12.19 / 15:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla