Yuxarı

Qaxda partlayış: Cinayət işi başlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaxda partlayış: Cinayət işi başlandı

Qaxda 6 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanılıb.

APA-nın məlumatına görə, həmin faktla bağlı Qax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 131.1-ci (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanıb.

Məlumata görə, hadisədə yaralananlar - 31 yaşlı Nuroşvili David və 49 yaşlı Zeynalaşvili Cemalinin vəziyyəti ağır olduğu üçün onlar bu gün səhər saatlarında Bakıdakı xəstəxanalardan birinə aparılıblar.

26 yaşlı Sardion Daroşvilinin müalicəsi isə Qax Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Qeyd edək ki, oktyabrın 8-i səhər saatlarında Qax Kommunal Müəssisələri Kombinatının işçiləri müəssisənin arxa hissəsində təmizlik işləri apararkən anidən partlayış baş verib. Partlayış nəticəsində müəssisənin 6 işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan 39 yaşlı Nuruşvili Tamazi, 18 yaşlı Papiaşvili Beka və 64 yaşlı Beraşvili Raponun xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Tarix
2019.10.09 / 10:59
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla