Yuxarı

Bakıda daha 6 tələbə qız zəhərləndi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda daha 6 tələbə qız zəhərləndi - Video

08:38

Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib.

Bu barədə Axar.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Tələbə qızların təcili tibbi yardımla 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirildiyi bildirilib.

Nazirlikdən verilən məlumatda tələbələrin Xəzər Universitetində təhsil aldığı və Qara Qarayev prospekti 76 ünvanında kirayə qaldıqları mənzildə zəhərləndikləri qeyd edilib.

Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli Axar.az-a açıqlamasında zəhərlənən tələbələrdən 3-nün Xəzər Universitetinin, 2-nin Bakı Dövlət Universitetinin, 1-nin İqtisad Universitetinin tələbəsi olduğunu söyləyib:

“Zəhərlənənlərdən Nazlı Qazıyeva İqtisad Universitetinin, Aysun Osmanlı və Hüryetər Mahmudova Bakı Dövlət Universitetinin, Nəzakət Heydərli, Aysun Rəcəbli və Ləman Salmanlı isə Xəzər Universitetinin Humanitar fakültəsinin tələbələri olub. Onlar mətbəxdəki dəm qazından zəhərləniblər, hazırda vəziyyətləri normaldır”.

Ə.Əmirbəyli polisin məsələ ilə bağlı araşdırma apardığını bildirib.

***

Səhiyyə Nazirliyinin sonuncu yaydığı məlumata görə, dəm qazından zəhərlənmə ehtimalı ilə KTM-ə gətirilən 6 tələbə lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız qidadan zəhərlənmişdi. Nəticədə tələbələrdən biri - Şəkər Xasmətova dünyasını dəyişmiş, ikisi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Tarix
2019.11.26 / 15:26
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla