Yuxarı

Tələbə qızların nədən zəhərləndikləri açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:01

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə baş verib.

Bu barədə Axar.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

"Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi barədə məlumat Təcili Tibbi Yardıma saat 12:35-də daxil olub. Həkimlər Mətbuat prospekti 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir", - nazirlikdən bildirilib.

Qızların nədən zəhərləndikləri barədə məlumat verilməyib.

***

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi zamanı dünyasını dəyişən tələbənin kimliyi məlum olub.

O, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətovadır.

***

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin kimliyi müəyyənləşib.

Bunlar Kimya fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə Bünyamiddin qızı İbadova və Kitabxanaçılıq və İnformasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dillubə Qismət qızıdır.

Məlumata görə, D.Quliyevanın vəziyyəti ağırdır.

Dünyasını dəyişən Şəkər Xasmətovanın nişanlı olduğu bildirilir.

***

BDU-nun rektoru Elçin Babayev zəhərlənən tələbələrə baş çəkmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə gedib.

***

Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən qızlara ötən gecə ilkin tibbi yardım göstərilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, tələbələr təcili tibbi yardıma baş ağrısı və qızdırma şikayəti ilə müraciət ediblər:

“Tələbələr qızardılmış kartofdan zəhərləndiklərini bildiriblər. Həkimlər ilkin tibbi yardım göstərib. Prosedura uyğun olaraq xəstəxanada onlar üçün yer də ayırılıb ki, tələbələr xəstəxanaya yerləşdirilsin. Lakin qızlar hansısa səbəbdən xəstəxanaya yerləşdirilməkdən imtina ediblər. İynədən sonra yaxşı olduqlarını söyləyiblər”.

***

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında tələbələrin zəhərlənməsi ilə bağlı cinayət işi başlanılıb.

Bir nəfərin ölməsi, iki nəfərin isə zəhərlənməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

***

BDU-nun yataqxanasında tələbə qızların hansı qidadan zəhərləndiyi məlum olub.

Təhsil eksperti Kamran Əsədov Unikal.org-a bildirib ki, qızlar qidalanmaq üçün restoranların birindən qaldıqları yataqxanaya "Suşi" sifariş veriblər: "Tələbələr "Suşi"ni yedikdən sonra özlərini pis hiss edib və təcili yardıma müraciət ediblər".

Tarix
2019.11.21 / 17:06
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir

Arxangelskdə təlim: Azərbaycan müşahidə edəcək

İlham Əliyev Trampa zəng etdi

70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar

Qaz limitinin artırılması ilə bağlı təklif!

Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…

Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi

Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar

Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla