Yuxarı

Azərbaycanlı jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir

Rossiya-1 televiziyasının aparıcısı, əslən azərbaycanlı Nailə Əsgərzadə “Bombardier Global 6000” təyyarəsi və 62 metrlik yaxtadan istifadə edir.

Axar.az xəbər verir ki, bu məlumatı rusiyalı müxalif bloger Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondu yayıb. Məlumata görə, Əsgərzadə bütün bunlardan “VTB Bank”ın prezidenti Andrey Kostinlə yaxınlığı sayəsində istifadə edir. Belə ki, Əsgərzadənin 2018-ci ildən Kostinin VTB-nin törəmə şirkəti vasitəsiylə sahibləndiyi təyyarədən istifadə etdiyi bildirilib. Hazırda bu təyyarənin VTB-yə heç bir aidiyyəti olmayan ofşor şirkətə məxsus olduğu vurğulanıb.

KMF təyyarənin hazırkı dəyərinin 60 milyon dollar olduğunu və onun Əsgərzadəyə icarəyə verildiyini, uçuş saatı üçün kirayəsinin 559 min rubl olduğumi qeyd edib. 2019-ci ildə təxminən 51,5 saat davam 16 uçuş həyata keçirildiyi və bunun üçün aylıq 28,9 milyon rubl ödənildiyi də vurğulanıb.

Fond, həmçinin, Əsgərzadənin 62 milyon dollar dəyərində olan “SEA&US” yaxtasına da sahib olduğunu bildirib.

Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu məsələdən xəbərsiz olduqlarını və onu şərh edə bilməyəcəklərini söyləyib.

Qeyd edək ki, bundan öncə Rusiya mətbuatı Əsgərzadə ilə Kostin arasında sevgi münasibəti olduğunu açıqlasa da, tərəflər bunu təsdiqləməmişdi.

Bir neçə ay əvvəl Nailə Əsgərzadənin Rublyovkadakı Razdorı kəndi yaxınlığında 43 min kvadrat metrlik əraziyə sahib olması barədə də məlumat yayılmışdı.

“Proekt.media” saytı ərazinin ümumi dəyərinin 45 milyon dollar olduğunu yazmışdı.

Tarix
2019.12.02 / 16:43
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla