Yuxarı

İcra “yardım” edir, amma dördəmin evi başına uçur? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra “yardım” edir, amma dördəmin evi başına uçur? - Foto

Astara Rayon İcra Hakimiyyəti dördəm övladı olan İsmayıl Mahmudovun ailəsinə hər bir yardım göstərir. Bu həm maddi yardımdır, həm də digər əlavə ehtiyaclarla bağlıdır.

Bu sözləri Axar.az-a Astara Rayon İcra Hakimiyyəti başçısının köməkçisi İsmət Quliyev 2015-ci ildə dördəm övladı dünyaya gələn və evsizlik və maddi durumunun aşağı olması səbəbindən ağır günlər yaşayan rayonun Matlayataq kənd sakini İsmayıl Mahmudovun müraciəti haqda danışarkən deyib.

İcra başçısının köməkçisi iddia edib ki, icra ailəni diqqətdə saxlayır və yardımlar da mütəmadi olaraq göstərilir:

“Ailənin istəkləri nəzərə alınıb, özləri hansı formada dəstək istəyibsə, o şəkildə də yardım edilib. Sözügedən ailə icranın diqqətindədir”.

Himayədə olan ailənin niyə ağır günlər və həddən artıq bərbad vəziyyətdə olan evdə yaşaması, işsizlikdən əviyyət çəkməsi barədə İ.Quliyev deyib ki, detallı məlumatı İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ruhid Əliyev verə bilər.

R.Əliyev isə saytımıza açıqlamasında bildirib ki, o, müraciətlərə ancaq rəsmi formada cavab verir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən sözügedən ailənin diqqət mərkəzində saxlanıldığı, bununla bağlı gün ərzində əlavə məlumat yayılacağı vurğulanıb.

Mövzu ilə bağlı danışan Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə saytımıza bildirib ki, qanunlarımızda müəyyən boşluqlar olduğu üçün bəzən bu kimi ailələr çətin vəziyyətə düşür:

“Ölkəmizdə dördəm övladı olan ailələr çox deyil. Bu ailə artıq çoxuşaqlı ailə hesab olunur. Təbii ki, bu ailəyə dəstək lazımdır. Təəssüf ki, bizim qanunlarda bu istiqamətdə müəyyən boşluqlar var. Məhz bu səbəbdən bu gün üçəmi, dördəmi dünyaya gələn ailələr çətin vəziyyətə düşür.

Bu ailəyə əlbəttə ki, imtiyazlar, dəstəklər olunmalıdır və mən də prosesi izlədiyim üçün bilirəm ki, ailə sosial yardım alır. Astara Rayon İcra Hakimiyyəti də bildirib ki, ailəyə dəstək olurlar. Ola bilər ki, ailəyə verilən sosial yardım, edilən dəstəklər kifayət etmir. Ancaq buna görə “ailəyə heç bir köməklik yoxdur” demək düzgün deyil.

Təbii, çox istəyərdim ki, xüsusilə bu tip, aztəminatlı, çoxuşaqlı, birdəfəyə neçə övladı dünyaya gələn ailələrə xüsusi dəstək proqramları olsun”.

Qeyd edək ki, Astara rayon Motlayataq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayıl Mahmudov Teleqraf.com-a müraciət edib. O, 2015-ci ildə dördəmi dünyaya gəldiyini, bundan sonra çətin vəziyyətdə yaşadığını, işsiz olduğunu və iş tapmaqda ona yardım edilməsini istəyib. Rayon İcra Hakimiyyətindən lazım olan dəstəyi ala bilmədiyini deyən İ.Mahmudov ailəsinin olduqca bərbad evdə yaşadığını bildirərək, evlə təminatına yardım xahiş edib.

Tarix
2019.12.13 / 14:47
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla