Yuxarı

Dörd uşaq birdən doğuldu, saxlaya bilmirəm... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşadığım ev çox bərbad vəziyyətdədir. Heç bir şəraitim yoxdur, çox pis və əlacsız haldayam.

Axar.az xəbər verir ki, bu sözləri ailəsi ilə çarəsiz vəziyyətdə qalan 1982-ci il təvəllüdlü İsmayıl Mahmudov Teleqraf.com-a müraciətində yazıb.

O, Astara rayon Motlayataq kənd sakinidir. Fəhlədir, yeddi nəfərdən ibarət ailəsi var. 2015-ci ildə dördəm övladı dünyaya gəlib, hazırda beş uşaq atasıdır. Qohumlarının onlara müvəqqəti olaraq verdiyi şəraitsiz kiçik evdə yaşayırlar.

Onun sözlərinə görə, istəyi kənddə kiçik torpaq sahəsində ev tikməkdir: "Necə edim, bilmirəm. Mən gələcəyin əsgərlərini böyüdürəm. Nə iş desəniz edərəm, təki məni ev sahibi edin".

Vətəndaş bildirir ki, uşaqları dünyaya gəldikdən sonra 300 manat sosial yardım alır, lakin bu ona kifayət etmir: "Bu məbləğ heç nəyə çatmır. Uşaqlarıma bu günə qədər bir oyuncaq belə ala bilməmişəm. Qışdır, evdə odun peçidir. Uşaqlar tez-tez xəstələnir, dərman almağa pulum yoxdur. Onu da deyim ki, hazırda yoldaşımın dayısının verdiyi evdə müvəqqəti yaşayırıq".

İsmayıl Mahmudov bildirir ki, bu illər ərzində Prezidentə məktub yazaraq kömək istəyib. Prezidentdən İcra Hakimiyyətinə tapşırıq verilsə də, onlar yardım etməkdən imtina ediblər:

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanımın qəbulunda olmuşam, o da icra başçısına tapşırıq verdi. 15 dəfə İcra Hakimiyyəti başçısının qəbulunda oldum. Uşaqları ölkədə bayraq etdiyimi bildirərək, məni qovdu. Yoldaşım getdi, ona da bizə heç bir yardımın düşmədiyini dedi, bir daha bura gəlməməyimizi istədi".

Məsələ ilə bağlı Astara rayon İcra Hakimiyyətinə müraciət etsək də, onlar cavab verməkdən imtina etdilər.

İsmayıl Mahmudovun sözlərinə görə, rayonun Siyakü kənd bələdiyyəsi ona bələdiyyə daxilində iki otaq təklif etsə də, o, bundan imtina edib: "Orada yaşamaq mümkün deyil. Mənim təmir etməyə imkanım yoxdur. Üstəlik müvəqqəti olaraq təklif edilir".

Siyakü kənd bələdiyyə sədri Ramin Dədəyev isə Motlayataq kəndinə cavabdeh olmadıqlarını bildirdi: "Bir ildir bizim büdcəyə dövlət tərəfindən həbs qoyulub, pul daxil olmur. Maaş ala bilmədiyim təqdirdə necə kiməsə yardım edim? Bunu rayon rəhbərliyinə, dövlət qurumlarına bildirsin".

Bələdiyyə sədrinin sözlərinə görə, İcra Hakimiyyətindən onlara verilən tapşırığı yerinə yetiriblər:

"Biz kiməsə ev tikib verə bilmərik. İcra Hakimiyyəti o ailəni boş evdə, yaxud binada yerləşdirməyimizi tapşırdı. Biz sovxozun binasında ona iki otaq təklif etdik. Təmir edə biləcəksə, gəlib müvəqqəti yasasın. Bura mənim öz evim deyil ki, daimi verim. 5-10 günə işim bitir, öz evimə gedəcəm. Təklif etmişəm, bizim tərəfimizdən başqa köməklik etmək mümkün deyil”.

Şikayətçi deyir ki, bu müddət ərzində rayonun məşğulluq mərkəzinə iş üçün müraciət edib, lakin müsbət cavab ala bilməyib:

"Mənə dedilər ki, işə götürüldüyüm təqdirdə sosial yardım kəsiləcək. Bağban işi üçün mənə cəmi 100 manat əmək haqqı təklif etdilər. Kənd yeridir, 10 kilometrdən çox məsafədir. Bu isə heç yol xərcimi qarşılamır".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məsələyə münasibət bildirib:

"Nazirliyin vəzifə və səlahiyyətlərinə uyğun olaraq Qarabağ müharibəsi və şəhid ailələrinin mənzillə təminatı həyata keçirilir. Vətəndaş ilk növbədə qeydiyyatda olduğu məşğulluq mərkəzinə müraciət edib, iş üçün mövcud vakansiyalarla tanış olmalıdır. Özünə uğun işlə təmin edilib, fəaliyyətə başlamalıdır. Ailənin gəlirləri işlədiyi halda ehtiyac meyarından aşağı olarsa, ünvanlı dövlət sosial yardımı alacaq. Bu zaman onun gəlirləri, yaşayış şəraiti, ailə tərkibi elektron sistem tərəfindən araşdırılaraq qərar qəbul ediləcək".

Fazil Talıblı qeyd edib ki, sakin özünəməşğulluq proqramına da qoşula bilər: "Heyvandarlıqla məşğul olmağa şəraiti, yaxud kiçik bir dülgər sexi yaratmaq imkanı varsa, dövlət hesabına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünəməşğulluq proqramına cəlb edilə bilər. Aktivlərlə təmin edilərək, təsərrüfatını qurub, gəlirlərini formalaşdıra bilər".

Ailənin acınacaqlı vəziyyətinə işıq salmaqla aidiyyəti qurumların İsmayıl Mahmudovun ailəsinə yardım göstərəcyinə ümid edirik.

Tarix
2019.12.13 / 08:45
Müəllif
Axar.az
Digər xəbərlər

Qəzada həlak olan pilot iki aya təqaüdə çıxmalı idi, lakin...

Azərbaycanlı qardaş və bacılarımıza başsağlığı verirəm

Pezeşkian İlham Əliyevə zəng etdi

Ərşad Salehi Bağdaddakı səfirliyimizi ziyarət etdi

Mirziyayev İlham Əliyevə zəng etdi

Təyyarəni ruslar vurub, sonra Xəzərdə batmağa “göndərib”?

Pilotun bunu etməsi möcüzədir! – Şepard

Təyyarə qəzasında həlak olan Ramin də stüard işləyirmiş - Foto

ABŞ Dövlət Departamenti Azərbaycana başsağlığı verdi

Azərbaycan və Qazaxıstan baş nazirləri danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla