Yuxarı

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb və bundan sonra Azərbaycanın xarici siyasətinin üfüqləri genişlənir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.

"Bizim fərqli geosiyasi kimliyimiz var. Azərbaycan bir tərəfdən Cənubi Qafqaz ölkəsi olmaqla bərabər, digər tərəfdən Mərkəzi Asiya ölkəsidir, Xəzər hövzəsinə mənsub ölkədir. Azərbaycan Yaxın Şərq regionunun tərkib hissəsidir, Qara dəniz hövzəsindədir. Bütün bunlar cənab prezidentin müəyyən etdiyi Azərbaycan üçün yeni xarici siyasət konsepsiyası əsasında aktiv siyasətin yürüdülməsinə əsas yaradır", - Hacıyev bildirib.

Onun sözlərinə görə, bu səbəbdən də bu format Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlıq və müttəfiqlik əsasında olan münasibətlərin daha da dərinləşməsinə, iqtisadi, ticarət, mədəni, humanitar əlaqələrin, həmçinin də nəqliyyat-logistika əlaqələrinin genişlənməsinə böyük imkanlar və fürsətlər vəd edir.

Tarix
2025.11.16 / 12:45
Müəllif
Axar.az
Digər xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla