Yuxarı

Polad Bülbüloğluya qarşı şok ittiham: Ramiz Mehdiyev ilə...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polad Bülbüloğluya qarşı şok ittiham: Ramiz Mehdiyev ilə...

1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində kinonu (təkcə kinonu deyil) dağıdan, Ramiz əmi ilə (Ramiz Mehdiyev) respublikanın bütün kinoteatrlarını (o dövrdə Azərbaycanda yüzlərlə kinoteatr var idi) satan, kino obyektlərini dağıdan, kinostudiyanın hektarlarla ərazisini restoranlara, tikinti şirkətlərinə "hədiyyə edən", Şıxovda keçmiş SSRİ-də dəniz çəkilişləri aparmaq üçün dəniz səviyyəsi ilə eyni olan yeganə çəkiliş hovuzunu basıb yeyən, hər rayonda, hər kənddə olan klubları, kitabxanaları rahatca həzm edib üstündən su içən, hələ üstəlik Azərbaycanda mövcud olan 5000-dən artıq kino nümayişi avadanlığını ("sehirli" çubuğu ilə) nazirliyin balansından sildirən, Kinoprokat kimi böyük bir strukturu ləğv edən (Kinoprokatın müdirini işdən çıxara bilmədi deyə, idarəni ləğv etdi), əmlakını isə silən birinə nə düşüb görəsən, kinoya pul ayrılmasının vacibliyindən danışır?

Kult.az xəbər verir ki, bu sözləri Rəşid Behbudov Fondunun direktoru, tanınmış jurnalist Kamil Şahverdi sabiq mədəniyyət naziri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun açıqlamasına cavab olaraq qeyd edib.

“Bir neçə gün bundan qabaq işbaz, dələduz, oğru Şvıdkoy Azərbaycanla mədəni əlaqələrin yenidən qurulmasının mümkünlüyündən danışırdı. Ramiz əmi vurulandan sonra qeybə çəkilənlərə bir mesaj idi deyəsən... Bunlar da yavaş-yavaş baş qaldırmağa başlayıblar. Yəqin Moskvadan göstəriş gəlib.

Başqa səbəb isə odur ki, gələn il millətimizi aşağılayan "Qorxma, mən səninləyəm" filminin 3-cü hissəsini çəkmək keçir xəyallarından. Yenə bizim pulumuza bizi aşağılamaq istəyirlər.

İnanın ki, bunları milli mədəniyyətimiz, incəsənətimiz, kinomuz, teatrımız, ədəbiyyatımız, musiqimiz, rəngkarlığımız qətiyyən düşündürmür. Yalnız və yalnız şəxsi maraq və Moskvadan gələn tapşırıq olanda səsləri çıxır. Yoxsa bunun bu ahıl yaşında nə vecinədi ki, gələn il kinoya pul ayıracaqlar, ya yox...” – o bildirib.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin bir neçə komitəsinin dünənki iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı kino sahəsinə pul ayrılmamasına etiraz edib.

Tarix
2025.11.13 / 11:18
Müəllif
Kult.az
Digər xəbərlər

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla